QOFEN 400 — ibuprofen tərkibli qeyri-steroid iltihabəleyhinə preparatdır. Ağrı, qızdırma və iltihab hallarında geniş istifadə olunur. Bu məqalədə dərmanın istifadəsi, dozası, əks göstərişləri və digər vacib məqamlar izah edilir.
QOFEN 400 Yumşaq Kapsullar Nədir? Nə Üçündür?
QOFEN 400 Yumşaq Kapsullar – İstifadə, Faydaları və Əks Göstərişlər
QOFEN 400 (İbuprofen) aşağıdakı hallarda ağrını və iltihabı azaltmaq üçün istifadə edilir:
Menstruasiya (aybaşı) zamanı yaranan ağrılar (dismenoreya)
Yüngül və orta dərəcəli artrit ağrıları
Əzələ ağrıları
Diş ağrısı
Baş ağrısı
Soyuqdəymə və qriplə əlaqədar ağrılar
Qızdırmanın müvəqqəti olaraq aşağı salınması
Nəticə olaraq: QOFEN 400 (İbuprofen) ağrıkəsici dərmanlar kateqoriyasına daxil olur və ağrıkəsici kimi istifadə olunur.
Gofen 400 Qiyməti Neçəyədir (2025)
Gofen 400 qiyməti bir sıra faktorlardan asılı olaraq dəyişə bilər. Bu amillərə dərmanın istehsalçı şirkəti, tədarük zənciri, aptek şəbəkələrinin qiymət siyasəti və ümumilikdə əczaçılıq bazarındakı dəyişikliklər daxildir.
Hazırda, bu yazının yayımlandığı tarixdə Gofen 400 yumşaq kapsullarının qiyməti təxminən 19 AZN – 22 AZN arasında dəyişməkdədir.
Gofen 400 İstifadə Qaydası – Dozaj və Tətbiq Şəkli
Kimlər üçündür?
12 yaşdan yuxarı uşaqlar
Böyüklər
Bədən çəkisi 40 kq-dan çox olan şəxslər
Necə istifadə olunur?
Gofen 400 yalnız qısa müddətli istifadə üçün nəzərdə tutulmuşdur.
Birdəfəlik doza: 1 kapsul (400 mq ibuprofen)
Zərurət olduqda: Hər 6 saatdan bir 1 kapsul qəbul edilə bilər
Maksimal gündəlik doza:3 kapsul (1200 mq)
Qəbul qaydası:
Kapsullar çeynənmədən, su ilə qəbul edilməlidir.
Yemək zamanı və ya yeməkdən sonra qəbul edilməsi tövsiyə olunur.
Mümkün olan ən aşağı təsirli doza və ən qısa istifadə müddəti seçilməlidir.
Xüsusi hallar:
Yaşlı şəxslər üçün əlavə doza tənzimləməsinə ehtiyac yoxdur, əgər böyrək və qaraciyər funksiyasında ciddi pozuntu yoxdursa.
Əgər simptomlar 3 gündən artıq davam edərsə və ya pisləşərsə, mütləq həkimə müraciət edilməlidir.
QOFEN 400 İstifadə Qaydası və Tövsiyə Edilən Doza
GOFEN 400 yalnız ağızdan qəbul üçün və qısa müddətli istifadə məqsədilə nəzərdə tutulmuşdur.
Böyüklər və 12-18 yaş arası yeniyetmələr:
Gündə 3 dəfəyə qədər 1 kapsul, kifayət qədər su ilə qəbul edilir.
Dozalar arasında ən az 4 saat fasilə olmalıdır.
Maksimal sutkalıq doza: 3 kapsul (1200 mg)
Vacib Qeyd:
12-18 yaş arası uşaqlarda preparat 3 gündən artıq istifadə edilərsə və ya simptomlar pisləşərsə, həkimə müraciət olunmalıdır.
Böyüklərdə 10 gündən artıq istifadə tövsiyə olunmur.
Əks Göstərişlər QOFEN 400 aşağıdakı hallarda istifadə edilməməlidir:
Aktiv serebrovaskulyar qanaxma və digər aktiv qanaxmalar
İbuprofene və ya kapsulun digər komponentlərinə qarşı allergiya
Aspirin və digər QSİƏP-lərə qarşı yüksək həssaslıq (astma, rinit, angioödem, övrə)
Aktiv və ya təkrarlanan mədə xorası və ya qanaxma
Mədə-bağırsaq qanaxması və ya perforasiya tarixi
Kəskin ürək, böyrək və ya qaraciyər çatışmazlığı
Aorta koronar şuntlama əməliyyatı zamanı
Hamiləliyin üçüncü trimestri
QOFEN 400 Xaric Olunması
İbuprofenin plazmadan yarımxaricolma dövrü 2-4 saat təşkil edir. Preparatın əsas hissəsi (təxminən 50-60%) 24 saat ərzində sidiklə metabolitlər şəklində atılır. Qalan hissə isə nəcislə xaric olunur.
Hamiləlik və Laktasiya Dövründə İstifadəsi
QOFEN 400-ün hamiləlik zamanı, xüsusilə üçüncü trimestrdə, həmçinin laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Nəqliyyat Vasitələrinin İdarə Edilməsinə Təsiri
İbuprofen qəbulundan sonra aşağıdakı əlamətlər müşahidə oluna bilər:
Başgicəllənmə
Yuxululuq
Yorğunluq
Əsəbilik
Görmənin pozulması
Bu səbəbdən, avtomobil və digər təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq tövsiyə olunur.
Doza Həddinin Aşılması
Uşaqlarda:
400 mq/kq-dan çox qəbul hallarında əlavə simptomlar müşahidə oluna bilər.
Qıcolmalar uzun sürərsə, venadaxili diazepam və ya lorazepam ilə müdaxilə edilməlidir. Astma tutması zamanı isə bronxgenişləndiricilər tətbiq olunmalıdır.
Nəticə
QOFEN 400 — müxtəlif səbəblərlə yaranan ağrılarda və iltihabi hallarda istifadə olunan təsirli dərmandır. Lakin istifadədən öncə həkimlə məsləhətləşmək və dozaya ciddi əməl etmək vacibdir.
Kateqoriyalar üzrə QOFEN 400
Bu dərman aşağıdakı dərman kateqoriyalarına aiddir:
Travmatik ağrılarda istifadə olunan dərmanlar
Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
Menstrual ağrılar zamanı istifadə olunan dərmanlar
Baş, diş və qulaq ağrılarında istifadə olunan dərmanlar
Daxili orqanlarda ağrılar zamanı istifadə olunan dərmanlar